|
36 yaşında İtaliya futbolunun tarixinə düşdü

AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turunda Lixtenşteynlə görüşdə (6:0) dubl edən Fabio Kvalyarella İtaliya yığmasının tarixinə düşüb.
 
Qol.az xəbər verir ki, “Sampdoriya”nın hücumçusu İtaliya futbolu tarixində milli komandada qol vuran ən yaşlı futbolçu adını qazanıb. Təcrübəli forvard 36 yaş 54 günlüyündə bunu bacarıb.

Qeyd edək ki, Kvalyarelladan əvvəl milli komanda tarixində qol vuran ən yaşlı futbolçu Kristian Panuççi idi. O, yığmada 35 yaş 62 günlük olarkən fərqlənib.