|
AFFA milliyə pul mükafatı verdi – uduzulan oyuna görə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası milli komandanın son iki oyununa görə futbolçuları mükafatlandırıb.

Qol.az xəbər verir ki, AFFA “Avro-2020”nin Xorvatiya ilə rəsmi və Litva ilə yoxlama görüşünə görə hər oyunçuya 5000 min pul mükafatı verib.

 

Qeyd edək ki, milli komandamız Xorvatiyaya 1:2 hesabı ilə uduub, Litva ilə matçda isə heç-heçə edib.

Qeyd edək ki, adətən, dünya təcrübəsində rəsmi oyunlardakı məğlubiyyət və zəif rəqiblərlə yoxlama matçlarındakı heç-heçəyə görə pul mükafatı verilmir.