|
Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Küsü adası yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri ölkənin Miyadzaki prefekturasından şərqdə, Sakit okeanda yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

 

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.