|
ABŞ-da stansiyada partlayış: 33 mindən çox istifadəçi elektrik enerjisiz qalıb

ABŞ-ın Florida ştatında elektrik stansiyasında baş verən partlayış 33 mindən çox istifadəçini elektrik enerjisiz qoyub.

Trend-in məlumatına görə, stansiyanın operatoru "Florida Power & Light" şirkətidir. Partlayışdan sonra yanğın baş verib.

 

Fövqəladə xidmət və şirkət nümayəndələri elektrik enerjisinin bərpa olunması üçün işlər aparır.

Xəsarət alanlar barədə məlumat yoxdur.