|
Suriya BMT Təhlükəsizlik Şurası iclasınının çağırılmasını istəyir

Suriya Qolan yüksəklikləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirmək xahişi ilə çıxış edib.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, martda TŞ-da sədrlik edən Fransa iclasın tarixini müəyyənləşdirmək məcburiyyətindədir.

Qeyd edək ki, Qolan yüksəkliklərini gündəmə ABŞ prezidenti Donald Tramp gətirib. O, bazar ertəsi, yüksəkliklərin İsrailin suveren ərazisi kimi tanıması haqqında deklarasiya imzalayıb.