|
Konor Makqreqor karyerasını bitirdi

İrlandiyalı qaydasız döyüşçü Konor Makqreqor karyerasını bitirdiyini elan edib.

Trend-in məlumatına görə, bu barədə idmançı “Twitter” səhifəsində yazıb.

UFC kateqoriyasında ən populyar idmançılardan hesab olunan K.Makqreqor karyerası ərzində 25 döyüş keçirib və onun 21-də qalib gəlib.

 

O, sonuncu döyüşünü ötən ilin oktyabrında rusiyalı idmançı Həbib Nurməhəmmədova qarşı keçirib və məğlub olub.

K.Makqreqor eyni zamanda iki çəki dərəcəsində çempion olmuş ilk döyüşçüdür.