|
Çində bina uçqunu nəticəsində 15 nəfər ölüb

Çinin şimalındakı Şansi əyalətində Linfen şəhərində bir neçə yaşayış binasının uşması səbəbindən 15 nəfər ölüb. Trend-in məlumatına görə, daha 5 nəfər itkin düşüb.

 

Hadisə yerli vaxtla saat 18:00-da baş verib. Yer sürüşməsi nəticəsində iki yaşayış binası uçub. İtkin düşənlərin axtarışları davam etdirilir.