|
“Ayaks” futbol klubu Overmarsla müqaviləni uzadıb

“Ayaks” futbol klubu idman direktoru M.Overmarsla müqaviləni uzadıb. Trend-in məlumatına görə, müqavilə 2024-ə qədər uzadılıb.

Xatırladaq ki, Overmars “Ayaks”da 1992-1997-ci illərdə çıxış edib. Niderland çempionatında 135 matçda 36 qol vurub.