|
Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.

Azərbaycanın Litvadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, konsertin təşkilatçısı “Azəris” cəmiyyətidir.

Klaypeda Milli Mədəniyyətlər Mərkəzinin dəstəyi ilə keçirilən konsertə giriş pulsuzdur