|
Özcandan boşanma iddialarına foto ilə cavab

Aktyor-müğənni Özcan Dəniz bir neçə gündür boşanma xəbəri ilə gündəmdən düşmür. 

 

Axşam.az-ın məlumatına görə, Özcanla həyat yoldaşı Feyza Aktanın arasına aktrisa Ayça Ayşin Turanın olduğu iddia edilmişdi. 

Həyat yoldaşından yorulduğu deyilən Denizin başqa evə köçdüyü də dedi-qodular sırasında yer alırdı. Deniz iddialara sosial mediya hesabından cavab verib. 

Arvadı ilə foto paylaşan aktyor "Lazımı qədər aydındır" sualını ünvanlayıb.