|
Çin prezidenti İtaliya, Fransa və Monakoya səfər edəcək

Çin prezidenti Si Cinpin martın 21-26-da İtaliya, Fransa və Monakoya rəsmi səfər edəcək.

Trend-in məlumatına görə, bunu Çinin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.

 

O qeyd edib ki, Cinpin İtaliya prezidenti Serco Mattarella, Fransa prezidenti Emmanuel Makron və Monako knyazı II Alber tərəfindən bu üç ölkəyə səfər etmək dəvəti alıb.

Səfərin digər detalları açıqlanmır.