|
Bakıda doqquzmərtəbəli yaşayış binasının şaxtası yanıb

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının şaxtasında məişət tullantıları 15 m² sahədə və mərtəbələr arasında 5 p.m elektrik kabeli yanıb.

 

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.