|
Beyləqanda 2 otaqlı ev yanıb

Beyləqan rayonunun Eyvazalılar kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.