|
Boliviyada güclü zəlzələ baş verib

Boliviyada güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, maqnitudası 6 olan yeraltı təkanlar səhər saatlarında qeydə alınıb.

 

Zəlzələnin episentri Koçabamba şəhərindən 68, Tarata şəhərindən isə 39 km cənubda yerləşib, dərinlik 55 km olub.

Tələfat və dağıntı barədə məlumat verilmir.