|
Göyçayda 22 yaşlı gənc bıçaqlandı

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Alxasava kəndində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü İmranov Bilal Bəhman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.