Türkiyənin Ədirnə şəhərində bərpa edilən Avropanın 2-ci böyük sinaqoqunun açılışında ravinlər prezident Rəcəb Tayyib Ərdoğan üçün dua edib.
Vəqflər Ümumi Müdirliyi tərəfindən 5 ildə 5 milyon 750 min lirə xərclənərək əslinə uyğun olaraq bərpa edilən sinaqoqun açılışında baş nazirin müavini Bülent Arınç, Ədirnə valisi Dursun Əli Şahin, Ədirnə Bələdiyyə başqanı Rəcəb Gürkan ilə çox sayda yəhudi iştirak edib.
Açılış mərsimində xüsusi olaraq gətirilən Tövrat sinoqoqa qoyulub. Mərasimdə yəhudi məktəbinin şagirdləri tərəfindən konsert verildi. Ardından ravinlər tərəfindən prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə üçün dualar oxunub. Dua türkcəyə tərcümə edilib:
"Uca dövlətimiz Türkiyə Cümhuriyyətini və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı mübarək etsin, qorusun, ucaltsın, kömək etsin".(anspress)
