|
Obamadan Ərdoğana təcili telefon zəngi-
ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Tayyib Ərdoğana zəng edib.
Bu haqda Türkiyə mediası məlumat yayıb. 

Telefon danışığı zamanı İŞİD, Suriya və İraqdakı vəziyyət müzakirə mövzusu olub . Eyni zamanda Ukrayna və Yəməndəki hadisələr və İranla nüvə danışıqlar müzakirə olunub. 

Bundan başqa Obama, 2 milyon qaçqına verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Qeyd edək ki, bir müddət öncə, Ərdoğan Obama ilə münasibətlərinin kritik həddə olduğunu və hətta uzun zamandır telefonla belə danışmadıqlarını demişdi.(avropa.info)