Xəbər verdiyimiz kimi, ötən gün “Çat Kapı Aşk” filminin qala gecəsi keçirilib.
Axşam.az xəbər verir ki, filmin baş rol ifaçısı, türkiyəli aktyor Jess Molho gecədə iştirak edə bilməyib.
Buna səbəb onun ölkəyə buraxılmaması olub. Belə ki, tədbir üçün bileti alınan Jess İtaliya vətəndaşı olduğuna görə viza məsələsində problem yaşayıb. Bu barədə filmin prodüseri Cəfər Axundzadə məlumat verib.
Qeyd edək ki, Jess Molho “Sihirli annem” serialı ilə məşhurlaşıb.
