|
Bakıda təcili eniş etmiş təyyarənin sərnişinləri Moskvaya yola salınıb

Ötən gün Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş etmiş “Ural Hava Yolları” aviaşirkətinin təyyarəsinin sərnişinləri Moskvaya yola salınıb.

Bu barədə Trend-ə hava limanından məlumat veriblər.

Qeyd edək ki, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müvəffəqiyyətlə eniş edib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub. Təyyarəyə baxış keçirildikdən sonra partlayıcı maddə aşkar edilməyib.