|
Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən 55-60 yaşlı kişini avtomobil vurub.

Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Salyanda iki qadını motosiklet vurub.