Türkiyədə çadırda 5 nəfərin meyiti tapılıb.
Musavat.com-un məlumatına görə, hadisə Adana şəhərinin Karataş rayonunda, dəniz sahilində baş verib. Məlumatda bildirilir ki, balıq tutmaq üçün 9 may tarixində sahilə gedən 5 qohum gecə qalmaq üçün orada çadır qurublar. Yaxinları onlardan xəbər ala bilmədikdə polisə müraciət ediblər. Polisin axtarışı nəticəsində 5 qohumun meyiti çadırda aşkarlanıb.
İlkin ehtimala görə, isinmək üçün gecə manqalı çadırın içinə qoyan qohumlar karbon qazından zəhərləniblər.
