|
Mərakeşin cənubunda atışma baş verib: 11 yaralı

Mərakeşin cənubunda Quemim şəhərində silahlı şəxs insanlara atəş açıb.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə krallığın təhlükəsizlik orqanlarındakı mənbə bildirib.

 

Mənbə deyib: "Silahlı şəxs Mərakeşin cənubunda Quelmim şəhərində bir neçə nəfər atəş açıb. 11 nəfərdən artıq insan yaralanıb, bir neçə nəfərin vəziyyəti ağırdır, onların arasında polis kapitanı var".