Ermənistanda Yerevan-Aştarak yolunda iri yol qəzası baş verib. Trend-in məlumatına görə, saat 18:40 radələrində Opel markalı avtomaşın yolun qırağındaklı elektrik dirəyinə çırpılaraq qarşıdan gələn zolağa aşıb.
Qəza nəticəsində iki nəfər ölüb, 3 nəfər isə ağır vəziyyətdədir.
Hazırda cinayət işi açılıb və araşdırma aparılır.
