|
İsrail prezidenti də Moskvaya gəlməyəcək

İsrail prezidenti Reuven Rivlin İkinci Dünya Müharibəsində qələbənin 70 illiyi ilə bağlı mayın 9-da Moskada təşkil olunacaq tədbirdə iştirak etməyəcək.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Dorrit Qolender bəyan edib. “Təəssüf ki, o, Qələbə paradında iştirak etməyəcək”, - deyən səfir bunun səbəbini açıqlamayıb.

Qeyd edək ki, İsrail parada qatılmaqdan imtina edən növbəti ölkələrdən biridir.

Cia.az