|
Gürcüstanda yeni Avropa yönlü partiya yaradılıb

Martın 10-da Gürcüstanda “Qanun və hüquq” adlı, Qərb yönümlü, sağ mərkəzçi yeni siyasi partiya yaradılıb.

ONA-nın xəbərinə görə, tanınmış publisist və siyasətçi Tako Çarkviani partiyanın sədri təyin edilib.

O, öz çıxışında deyib: “Son 30 ildə Gürcüstanda bir çox partiya yaradılıb, bunula heç kimi təəccübləndirmək mümkün deyil. Bizim məqsədimiz ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməkdir. Bunun üçün elə edəcəyik ki, bütün siyasi partiyalar bizim sıralarımıza qoşulsunlar”.

Partiyanın prioritet istiqamətlərdən işğal əleyhinə hərəkat yaratmaq, regional inkişaf planı və soydaşların ölkəyə qayıtmaları üçün proqram hazırlamaq, korrupsiya əleyhinə qanun hazırlamaq kimi göstərilib.

“Qanun və hüquq” partiyası bütün qərb yönümlü partiyalarla əməkdaşlıq edəcəyini də bəyan edib.