|
İndoneziyada qatar relsdən çıxıb, onlarla yaralı var

İndoneziyanın Qərbi Yava vilayətində qatarın relsdən çıxması nəticəsində onlarla insan xəsarət alıb.

Azadinform-un məlumatına görə, hadisə bu gün yerli vaxtla 10:30-da Boqor bələdiyyəsində baş verib.

Hadisə şahidləri bildirir ki, hadisəyə səbəb elektrik xətti dirəyinin aşması olub, ancaq hal-hazırda araşdırma aparılır.

Qatar Cakartadan turistlər arasında məşhur olan Boqora gedirdi.