|
Efiopiya martın 11-i matəm günü elan edib

Efiopiya Ethiopian Airlines aviaşirkətə məxsus təyyarənin qəzaya uğraması səbəbindən martın 11-i matəm günü elan edib. Trend-in məlumatına görə, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 157 sərnişin və 8 ekipaj üzvü olub.

Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.