|
İsrail HHQ Qəzza zolağından raket atəşinə cavab olaraq silahlıların bazasına hücum edib

İsrail aviasiyası Qəzza zolağında silahlıların bazası və iki gəmisinə hava zərbələri endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

 

İsrail ordusunun məlumatında deyilir: "Bu gün İsrailin müdafiə Ordusunun təyyarələri və digər uçuş apparatları Qəzza zolağının şimalında HƏMAS kompleksinin ərazisində bir neçə hərbi mövqeyə və HƏMAS-ın 2 gəmisinə zərbələr endirib".

Qeyd edilir ki, zərbələr ötən gün Qəzza zolağından İsrail ərazisinə buraxılan raketə cavab olaraq həyata keçirilib.