|
Duman Bakı aeroportunun işinə təsir edib?

Bakıda müşahidə olunan qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Bu barədə Trend-ə aeroportdan bildiriblər.

 

Qeyd olunub ki, təyyarələrin uçuşu və enişi cədvələ uyğun həyata keçirilir:

“Təyyarələrin uçuşunda heç bir ləngimə yoxdur. Aeroport adi rejimdə işləyir”.