|
Dağıstanda uşaq bağçasında kütləvi zəhərlənmə baş verib

Dağıstanın Məhərrəmkənd rayonunun Sovetskoye kəndində uşaq bağçasında zəhərlənən şagirdlərin sayı 21 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "TASS"a Dağıstanın səhiyyə nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Zalina Murtuzəliyeva bildirib.

Z.Murtuzəliyeva deyib: "[Sovetskoye kəndində] zəhərlənən uşaqların sayı 21-ə çatıb".

 

Məlumata əsasən, uşaqların bağçada zəhərlənməsi ilə əlaqədar epidemioloji araşdırmaya başlanılıb.

Qeyd edilir ki, zəhərlənənlərin vəziyyəti yüngül və orta dərəcəli kimi qiymətləndirilir.