|
Milli Dram Teatrı həftəsonu maraqlı tamaşalarla çıxış edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının həftəsonu repertuarı zəngindir. AZƏRTACxəbər verir ki, teatr bu dəfə də maraqlı tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Sənət ocağının A.M.Şərifzadə səhnəsində, martın 7-də “Cəhənnəm sakinləri”, 9-da isə həmin səhnədə “Bir iki bizimki” və “Mənim günahım” tamaşaları göstəriləcək. Martın 10-da isə teatrsevərlər “Sərgüzəşti- vəziri-xani-Lənkəran” tamaşasına baxa biləcəklər