|
Məşhur musiqiçiyə ağır itki

Türkiyəli musiqiçi Zülfü Livanelinin bacısı Seyhan Livaneli dünyasını dəyişib.

 
Axşam.az-ın xəbərinə görə, bu barədə "Bilgi" nəşriyyatından məlumat verilib:

"Dəyərli yazıçımız Zülfü Livanelinin bacısı vəfat edib. Onların kədərini paylaşırıq. Allah rəhmət eləsin".

Qeyd edək ki, Seyhanın 3 övladı var idi.