|
Bakının bu rayonunda su olmayacaq

Martın 5-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, məhdudiyyətlər Bakı şəhəri, Nərimanov rayonu, Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.