Tv8-in sahibi, aparıcı Acun Ilıcalı ilə eşq yaşayan model Itır Esen yenidən sosial medianın gündəminə gəlib.
Əvvəllər məşhur markaların geyimlərinə üstünlük verməyən Itırın son zamanlar "Balenciaga", "Vetements", "Burberry" kimi brendlərdən istifadə etməsi diqqətdən qaçmayıb.
Qeyd edək ki, o, "Yeşilçam"ın sevilən aktyoru Hayri Esenin nəvəsidir. Itır ilk dəfə 2017-ci ildə keçirilən gözəllik yarışmasında 1-ci yeri qazandıqdan sonra tanınıb. Lakin şəhidlər haqda olan paylaşımından sonra tacı əlindən alınıb.




