|
Çinin şimal-qərbində zəlzələ olub

Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda 4,5 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla 06:29 radələrində baş verib.

 

İntensivliyinə görə zəlzələ "güclü" kimi dəyərləndirilir.