|
Böyük Britaniyada kollecdə bıcaqla hücum edən 5 nəfər saxlanılıb

Böyük Britaniyanın Lankaşir qraflığının polisi Ranşo kollecində bıcaqla hücumdan sonra 5 nəfəri saxlayıb.

Trend-in məlumatına görə, bu barədə Leyland şəhər polisin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

 

Məlumata əsasən, kollec əməkdaşlarından biri bıcaqlı hücumun hazırlanması ilə bağlı anonim mesajın daxil olmasından sonra saat 10:40-da hüquq-mühafizə orqanlarını çağırıb.

Hadisə yerinə cəlb olunan polislər "bir qrup gəncin kollecə bıcaqla daxil olduqlarının şahidi olublar".