|
Tur “Leqanes”in qələbəsi ilə başa çatıb

İspaniya La Liqasında XXVI turun son matçı keçirilib. ONA-nın xəbərinə görə, günün yeganə oyununda turnir cədvəlinin aşağı yarısında qərarlaşan “Leqanes” “Levante” ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. İlk yarıda hesabı açan “Leqanes” doğma azarkeşləri önündə üç xal qazanıb. Bu qələbə komandanın 11-ci pilləyədək irəliləməsi ilə nəticələnib.

Qeyd edək ki, La Liqada növbəti turun oyunları martın 9-10-da keçiriləcək.

İspaniya La Liqası

XXVI tur

4 mart

“Leqanes” – “Levante” – 1:0

Oskar, 15