Fransa prezidenti Emmanuel Makron bu gün Avropa Birliyinin aparıcı mətbuat orqanlarında “Avropanın dirçəlişi” adlı proqram məqaləsini yayınlayacaq.
Musavat.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, Fransa dövlət başçısının yazısı may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərlə bağlı olub, həm də proqram mahiyyəti daşıyacaq.
Bir çox ekspert gələcək seçkiləri Avropa İttifaqının tarixində ən vacib siyasi hadisələrdən biri kimi qələmə verir.
“İkinci dünya müharibəsindən bu yana Avropa hələ bu qədər təhlükədə olmamışdı”,- deyə Emmanuel Makron bildirib.
Verilən anaonsa görə, Fransa lideri Birliyin gələcəyi üçün “Napoleonsayağı planlar” irəli sürəcək. Burada o, ticarət, informasiya, telelkommunikasiya və ekeologiya siyasətində aparılacaq ciddi islahatlardan bəhs edəcək.
Bundan başqa, Emmanuel Makronun məqaləsində “Şengen sistemi”nə yenidən baxılmasını, habelə ümumi sərhəd xidmətinin və miqrasiya üzrə Avropa ofisinin yaradılması təklif olunacaq.
