|
“Azərbaycan tərcümə tarixi” mövzusunda konfrans keçiriləcək

Martın 5-də Bakı Yunus Əmrə İnstitutunda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun təqdimatında “Azərbaycan tərcümə tarixi” mövzusunda konfrans keçiriləcək.

Bakı Yunus Əmrə İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfrans AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə birgə reallaşacaq.

Konfransda Azərbaycan tərcümə tarixinə nəzər salınacaq, bu sahədə mövcud olan problemlərə toxunulacaq.