|
İsveçdə məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb

İsveçin Lofsdalen dağ-xizək kurortunda turist avtobusu qəzaya uğrayıb.

Trend-in "expressen"ə istinadən verdiyi məlumata görə, qəza zamanı avtobusdaa 4 məktəbli olub. Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

İlkin məlumata əsasən, qəzaya səbəb pis hava şəraiti olub.

Hazırda qəzanın təfərrüatları araşdırılır.