Litvada bələdiyyə seçkiləri başa çatıb.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Baş Seçki Komissiyasının sədri Laura Matyoşatite bildirib.
Onun sözlərinə görə, seçkilərdə seçicilərin 47,8 faizi iştirak edib. Ümumilkdə səsvermə üçün siyahılarda 2,4 milyon insan olub.
L.Matyoşatite deyib: "6,25 faiz seçicinin iştirak etdiyi vaxtından əvvəl keçirilən səsverməni də nəzərə almaqla seçici aktivliyi 2015-ci ilin göstəricilərini ötüb. 2015-ci ildə 47 faiz seçici səsvermədə iştirak edib".
1502 deputat mandatına 13,7 min namizəd, 60 administrasiya rəhbəri vəzifəsinə 410 namizəd olub.
