|
Qız üstündə davalar və qırılan həyatlar

Bakıda, metronun “Azadlıq” stansiyası yaxınlığında kütləvi dava olub. Dava şəhərin Aydınbəyov küçəsində qeydə alınıb. Belə ki, bir qrup gənc arasında baş verən söz-söhbət sonda qanla bitib.

Sözügedən davada, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət, 1999-cü il təvəllüdlü Əliyev Zili, 1999-cu il təvəllüdlü Zeynalov Abbas bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarəti alıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan A. Zeynalova sağ budun kəsilmiş-deşilmiş yarası, M.Vəlizadəyə kəllə-beyin travması, sağ gicgah nahiyəsinin kəsilmiş yarası, Z.Əliyevə qarının ön divarının, Ə.Rzayevə isə sağ almacıq sümüyünün sınığı diaqnozu qoyulub. Hazırda yaralıların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, adları çəkilən dörd gənc Memarlıq İnşaat Universitetinin tələbələridir. İlkin versiyalara görə, dava bir qızın üstündə baş verib.

“Yeni Müsavat” isə xatırladır ki, Azərbaycanda bineyi-qədimdən qız faktoruna görə davalar çox baş verir. Kriminal xronikada tez-tez qıza söz atmaq, qızın yolunu kəsmək, mesaj yazmaq və s. məsələlərə görə davalar baş verir.

Bəzi hallarda isə davalara məhz “qız üstündə” damğası, bəhanəsi yapışdırmaqla onun miqyasını kiçiltməyə çalışırlar. Məsələn, davanın kökündə başqa məqam olduğu halda, məhkəmədə “ortada namus söhbəti vardı” iddiası ilə cinayət törədən şəxsin yükünü xəfiflətməyə çalışırlar. Bunun səbəblərinə keçməzdən öncə sözügedən əsasla baş verən bəzi davaların, sonu qanla bitən insidentlərin hekayəsini xatırlayaq.

Həsənov Anar Əli oğlu bıçaq ile ilgili görsel sonucu

Davalar - 15 yaşlı qıza görə, restorandakı qıza görə, kafedəki qıza görə...

Bu ilin fevralında Sumqayıt şəhərində kütləvi davada 4 nəfər bıçaqlanıb. Hadisə şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında mübahisə zəminində baş verib.

Sonradan əlbəyaxa dava zamanı 4 nəfər bıçaqlanıb. Onlardan üç nəfəri - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu və Ələsgərov Eminin vəziyyəti ağır oduğundan dərhal əməliyyat olunub.

Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.

Şahidlərin sözlərinə görə, kütləvi davada 30-a yaxın gənc iştirak edib. Davanın qız üstündə olduğu bildirilir.

2014-cü ildə Zərdab rayonunda bıçaqlanma hadisəsi baş verib. Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə rayonun Alıcanlı kəndində 15 yaşlı məktəbli qızın üstündə törədilib.

Rahim Vəliyev üzərindəki bıçaqla həmyerlisi ile ilgili görsel sonucu

Rahim Vəliyev üzərindəki bıçaqla həmyerlisi Əsədov Fərid Alim oğluna bir neçə zərbə endirib.

2014-cü ildə Bakıda restoranlardan birində qız üstündə dava baş verib. Belə ki, qızla restorana daxil olan oğlan yanındakı qızın restoranda olan başqa tanışı ilə danışdığını görüb onların üzərinə hücum çəkib. Əlbəyaxa dava zamanı qızın tanışı olan oğlan ağır bədən xəsarətləri alıb.

Bir neçə dəqiqə sonra isə dava yenidən qızışıb. Gəldiyi qızla restoranı tərk etmək istəyən oğlan bu dəfə qızın onunla getməməsinə əsəbləşərək onu da döyməyə başlayıb. Zərərçəkənin dostlarının hadisə yerinə gəlməsi isə baş verən insidenti daha da böyüdüb.

Restoranın təhlükəsizlik xidmətinin olmaması insidentin böyüməsinə səbəb olsa da, hadisə yerinə Səbail RPŞ-nin əməkdaşları gəlib.

2018-ci ilin fevralında Bakıda iki sakin arasında dava düşüb. Hadisə 20 nömrəli məktəb-lisey yaxınlığındakı dayanacaqda baş verib.  “BakuBus” MMC-nin 6 nömrəli marşrut avtobusu dayanarkən sərnişinlər bir-birinə hücum edib və hər ikisi avtobusun pilləkənindən yerə yıxılıb. Gəncin yumruq zərbəsindən kişi yolun kənarına yıxılıb. Dava edənlərdən biri gənc, digəri isə orta yaşlı kişi olub. Davaya səbəb gəncin orta yaşlı kişinin yanındakı qıza sataşması olub.

2018-ci ilin iyulunda Abşeron rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Fərid Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, hadisə Abşeronun Nübar qəsəbəsi kəndi ərazisindəki “At yalı” yaşayış massivində baş verib. Firma işçiləri iyulun 18-də gün boyu ərazidə su filtri satıblar. Axşam evə qayıtmağa hazırlaşdıqları vaxt isə ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb.

Həmin gənclərin firma işçiləri olan xanımlara söz atması isə kütləvi davaya səbəb olub.

Hadisə yaxınlıqdakı obyektlərdən birinin müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb. Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini 27 yaşlı Fəxri Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. Fərid Qurbanov çoxlu qan itirdiyi üçün dünyasını dəyişib.

Mahmud Hacıyev: ile ilgili görsel sonucu

Mahmud Hacıyev: “Sovet vaxtı da belə davalar çox olurdu, amma gizlədirdilər...”

Ekspert, ekspert kriminalist polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2019-cu ildə bu cür hadisələrə sensasiya kimi yanaşmaq düzgün deyil. Müsahibimizin fikrincə, milyonlarla əhalisi olan ölkədə kriminal hadisələrin olması da gözləniləndir: “Cinayətlə insan faktoru paralel getməlidir. Qız üstündə dava keçmişdə də, sovet dönəmində də olub. Sadəcə, sovetlər dönəmində komsomolun bərk gedən vaxtı idi. Belə davaları ictimailəşdirməyə, mətbuata çıxmağa qoymurdular. İndi müstəqil kütləvi informasiya vasitələri çoxdur. Kriminal hadisələri kifayət qədər ictimailəşdirirlər. Sovet illərində komsomol ideologiyası, sosialist hüquq yanaşması vardı. O terminlər və kommunist partiyası nəzarətlii, müstəqil KİV-in olmaması imkan vermirdi ki, belə davalar ictimaiyyətə çıxsın. Ona görə də indi camaatda belə nostalji var ki, sovet dönəmində belə davalar yox idi və bu, yanlış nostaljidir”.

Müsahibimiz bildirdi ki, dünyanın bütün ölkələrində bu sayaq kriminal hadisələr baş verir. Bəzi aylarda bunun sayı artır, bəzi aylarda isə azalır: “Heç cür stabil saxlamaq olmaz. Demək olmaz ki, 20 il əvvəl rüb ərzində belə cinayətlərin sayı 30 idisə, niyə indi 40-dır? O ki qaldı, sizin verdiyiniz suala, mən hesab etmirəm ki, davalara ”qız davası", “namus söhbəti”ni kimsə bəhanə, yalandan  əsas kimi gətirsin. Bu, klişeyə çevrilməyib. Jurnalistlər bu işlərlə bağlı geniş araşdırma aparırlar. İstintaq işləri gedir. Cinayətin motivi, tərkibi ortaya qoyulur. Cinayətə səbəb nə olur? Motivin ətrafında cinayət işi gedir. Burada bəhanə, yalançı səbəb gətirmək mümkün deyil. Doğrudur, ölüm işlərində vəkillər bu priyomdan çox istifadə edirlər. Onlar müdafiə etdiyi şəxslərin daha az cəza alması üçün bəhanə gətirirlər ki, ortada namus söhbəti olub. Amma ciddi istintaq araşdırması, müstəntiq, hakim işi nəticəsində bu, tamamən iflasa uğrayır".

Psixoloqlar isə hesab edir ki, bu sayaq davalar təkcə Azərbaycana xas deyil. Dünyanın bir çox ölkələrində, Amerikada, Avropada da qadınlar, qızlar üstündə əlbəyaxa davalar çox olur. Buna örnək kimi, Avropa şəhərlərində, həftə sonu, barlarda düşən davalar göstərilir. Bunu milli mentalitetlə əlaqələndirməyin yanlış olduğu da kriminal faktlarla sübut edilib. Xüsusən gənclər arasında, sevən, qanının qaynar vaxtında bu sayaq intriqalara, insidentlərə meyl edənlərin çox olması da heç kimə sirr deyil.