|
Hazar 18 yaş böyük sevgilisindən danışdı

Türkiyəli aktrisa Hazar Ergüçlü özündən 18 yaş böyük rejissor sevgilisindən danışıb.

Axşam.az xəbər verir ki, o, jurnalistlərə “Bu, mənim həyat və sevgi münasibətimdir. Hər yerdə qeyri –adi qarşılanır. Amma mən münasibətimin yadlaşdırıldığı qədər yad olmadığını da bilirəm” deyə, bildirib.

Sənətçi evlilik barədə düşünmədiklərini də qeyd edib.

“Hazırda evlilik gündəmimizdə deyil, bu barədə düşünməmişik”.

Qeyd edək ki, Hazarın 27, sevgilisi Onur Ünlünün isə 45 yaşı var.