|
Gənc Tamaşaçılar Teatrında dörd tamaşa göstəriləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün dörd səhnə əsəri hazırlayıb.

Axşam.az xəbər verir ki, səhnə əsərləri klassik və çağdaş əsərlər əsasında hazırlanıb. Belə ki, martın 2-də “Çirkin ördək balası” və “Yarımçıq qalmış” tamaşaları göstəriləcək.

Martın 3-də isə tamaşaçılar “Yatmış gözəl” və “Xortdanın cəhənnəm məktubları” tamaşalarına baxa biləcəklər.