|
Xaçmazda 12 otaqlı evdə yanğın baş verib

Xaçmazda 12 otaqlı evdə yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xaçmaz rayonunda ümumi sahəsi 220 m² olan ikimərtəbəli 12 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​