Müğənni Mustafa Sandal keçmiş həyat yoldaşı Emina Yahoviçlə bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, onlar övladları Yavuzun ad günü münasibətilə toplanıb.
Həm Sandal, həm də Yahoviç doğum günündən fotoları sosial media hesablarında paylaşıblar.
İkili 10 illik evliliklərini ötən il bitirsələr də, tez-tez birlikdə görüntülənirlər.
Qeyd edək ki, boşandıqdan sonra Emina iş adamı Sadettin Saranla, Mustafa isə bir neçə məşhurla eşq yaşayıb.


