Xəbər verdiyimiz kimi, müğənni Emrah son dəfə Avropa turuna çıxaraq konsert verəcəyini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, o, sosial media hesabından sevənlərinə səslənib.
Sənətçi "Müğənniliyi atıb vaxtımı ailəmə ayıracam" sözlərini deyib.
İfaçı həmçinin konsertləri ilə bağlı da məlumat verib və bu sözləri söyləyib:
"Həyəcanlıyam. Səbəb isə yaxın zamanda Avropadakı konsertlərimizin başlamasıdır. Yəni mən illər sonra sevənlərimlə yenidən görüşəcəm. Bunun xoşbəxtliyini yaşayıram".
