|
Qonşular arasında dava olub

Şəkidə 49 yaşlı kişi həmkəndlisi tərəfindən döyülüb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə hadisə  Şəki rayon Orta Zəyzid kəndinin yaxınlığında yerləşən məcburi köçkünlərin yaşadığı qəsəbədə baş verib. Qəsabə sakini, 1970-ci il təvəllüdlü Dada Sabir oğlu İsmayılov həmyerlisi İmran adlı şəxs tərəfindən döyülüb. D. İsmayılov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayonun araşdırma aparılır.