|
Kukla Teatrının həftəlik afişası zəngindir

A. Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı da digər sənət ocaqları kimi həftə ərzində maraqlı tamaşalarla balacaları sevindirəcək.

AZƏRTAC xəbər verir ki, sənət ocağının yaradıcı heyəti bu həftə üçü rus, ikisi Azərbaycan dilində olmaqla beş səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar martın 1-də, rus və Azərbaycan dillərində “Karlson”, 2-də isə “Qırmızı papaq”, “Çipollino” (rus dilində) tamaşalarını izləyəcəklər. Həmçinin, fevralın 3-də “Cırtdan”, “Üç cəsur” (rus dilində) tamaşalarına baxa biləcəklər