|
İŞİD-ə qarşı Tikrit əməliyyatı başladı-Koalisiya təyyarələri şəhəri bombalayır
Bu dəqiqələrdə  ABŞ-ın rəhbərliyi  altında olan  koalisiya  qüvvələri  Tikritdə  İŞİD-in mövqelərini bombalamağa başlayıb. 
Avropa.info xəbər verir ki, bu haqda  Reuters  agentliyi  məlumat yayıb. 
Pentaqondan  Reutersa  verilən məlumata görə, artıq  əməliyyat başlayıb. Məlumatı dünyanın bir sıra nüfuzlu agentlikləri də təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə, İraq prezidenti Fuad Masum mediaya verdiyi açıqlamada koalisiya güclərini Tikriti bombalamağa çağırmışdı. 
Ağ Ev və Pentaqondan yayılan açıqlamalar da isə yalnız kəşfiyyat uçuşlarının həyata keçiriləcəyi bildirilirdi.
Xatırladaq ki, bir müddət öncə, İranın İnqilab Mühafizəçiləri Korpusu və İraq əsgərləri 20 minlik qoşunla Tikritə hücum etsə də, sonradan bu hücum yarımçıq saxlanılmışdı. İraq Müdafiə naziri açıqlama verərək, İŞİD-in Tikritə gedən yolun üstündə pusqular qurduğunu və koalisiya gücləri bombardıman həyata keçirmədən şəhərə girməyin çətin olduğunu bildirmişdi.